Virusla bağlı “peyğəmbərliyi” düz çıxan Bill Geytsdən koronavirusla bağlı təklif (VİDEO)

Tanınmış sahibkar və xeyriyyəçi Bill Geyts koronavirus epidemiyasına qarşı mübarizə planı hazırlayıb. 
Qaynarinfo xəbər verir ki, o, öz planını ABŞ hakimiyyət orqanlarına təklif edib.
Bill Geyts ABŞ hakimiyyətini bütün ABŞ ştatlarında eyni vaxtda karantin elan etməyə çağırıb. Bu günə qədər bəzi bölgələrdə özünü təcridetmə rejimi tətbiq edilməmiş, bəzi ştatlarda hətta kafe, restoran və çimərliklər fəaliyyətdədir. Geytsin sözlərinə görə, ABŞ vətəndaşlarının ölkə daxilində sərbəst hərəkəti əsl fəlakətə səbəb olacaq.
Bill Gates hesab edir ki, Amerika hakimiyyəti bu məsələni qəti qoymalıdır – karantin hər yerdə, yəni bütün ABŞ-da tətbiq olunmalıdır.
Növbəti addım kimi, Geyts ABŞ vətəndaşlarının koronavirusla bağlı universal testdən keçirilməsini təklif edib. Eyni zamanda, xeyriyyəçi deyib ki, o, hamıya çatacaq qədər testlərin olmayacağını başa düşür, eləcə də infeksiyanın hansı istiqamətdə hərəkət edəcəyini təxmin etməyin çətin olduğunu da bilir.
Üçüncü addım olaraq, Geyts peyvəndi yaratmaq üçün hökumətin bütün səviyyələrində əməkdaşlıq yaratmağı təklif edib. Bununla yanaşı, çaxnaşmanın qarşısını almaq üçün əyalət əhalisi mövcud vəziyyət barədə daim məlumatlandırılmalıdır.
Xatırladaq ki, 2018-ci ildə Bill Geyts on milyonlarla insanın ölümünə səbəb ola biləcək bir pandemiya barədə xəbərdarlıq etmişdi. O dövrdə alimlər müəyyənləşdirmişdi ki, virus cəmi 6 ayda 33 milyon insanın ölülümnə səbəb olacaq və bundan sonra pandemiyanı dayandırmaq çətin olacaq.
Geyts hətta ilk altı ayda epidemiyanın hipotetik yayılmasını nümayiş etdirən bir simulyasiya da yaratmışdı. Bu simulyasiya 2018-ci ildə təqdim edilib, ancaq indi koronavirus infeksiyasının yayılması ilə vəziyyətə nə qədər bənzədiyinə özünüz baxın.

  DİGƏR XƏBƏRLƏR