Rusiyada pandemiyadan ölənlərin sayı 4 142 nəfərə çatıb

Rusiyada son sutkada daha 8 371 nəfər koronavirusa yoluxub, 174 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin operativ qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların ümumi sayı 379 051-ə yüksəlib. Ölkədə pandemiyadan ölənlərin sayı isə 4 142 nəfərə çatıb.

Son sutkada 8 785 pasiyent sağalıb. Bununla da infeksiyadan sağalanların ümumi sayı 150 993 nəfərə yüksəlib. Pandemiya ölkənin 85 regionunda qeydə alınıb.

  DİGƏR XƏBƏRLƏR