ÜST: Dünyada koronavirus qurbanlarının sayı 349 mini ötdü

Dünyada bir gün ərzində koronavirus infeksiyası qurbanlarının sayı 5,5 min nəfərdən çox artıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın məlumatına görə, dünyada pandemiya qurbanlarının sayı 349 mini ötüb. Son sutka ərzində virusa 84 mindən çox yoluxma qeydə alınıb. Bununla da COVID-19-a yoluxma hallarının ümumi sayı demək olar, 5,5 milyona çatıb.

Təşkilatın məlumatına əsasən son bir gün ərzində COVID-19-a 84 314 yeni yoluxma qeydə alınıb, 5 581 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 5 488 825, ölüm hadisələrinin ümumi sayı isə 349 095 təşkil edir.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 495 924 nəfər təhlükəli virusa yoluxub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  DİGƏR XƏBƏRLƏR