Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub – 1 nəfər ölüb

“Azərbaycanda da jurnalistlər sırasında COVID-19-a yoluxma halları var”.

Bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib. Onun sözlərinə görə, jurnalistlər arasında COVID-19-a yoluxma və ölüm sayı 2 dəfə artıb.

“Beynəlxalq təşkilatların hesabatlarına görə, iyun ayının sonlarına döğru dünyada COVID-19-a yoluxub həyatını itirənlər jurnalistlərin sayı 137 nəfərə çatıb. Ümumi yoluxanların sayı isə 1200 nəfərə yaxındır. Ölüm halları daha çox 31 ölkə üzrə qeydə alınıb.

Hesabatlarda artıq Azərbaycanın da adı görünür. İlk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan bircə nəfər yox idisə, bu gün durum pisləşib. İyunun sonuna olan bilgiyə görə, Azərbaycanda 18 nəfər jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə həyatını itirib”

  DİGƏR XƏBƏRLƏR