Beyinin fəaliyyətini yaxşılaşdıran 3 SUPER-MƏHSUL

İtaliya və Polşa alimləri birgə araşdırmadan sonra beyinin fəaliyyətini yaxşılaşdıran, beyinin qocalmasını ləngidən super-məhsulların adlarını açıqlayıb.

Saglamolun.az Food News-a istinadla oxucularını bu məhsullarla tanış edir:

1. Kakao. Bu məhsul beyinə antioksidant kimi təsir edir, beyinin hüceyrələrini iltihabdan qoruyur, beyində qan dövranını, yaddaşı və koqnitiv funksiyaları yaxşılaşdırır. Mütəxəssislər beyini qorumaq üçün hər gün 1 fincan kakao içməyi və ya bir neçə tikə təbii şokolad yeməyi tövsiyə edirlər.

2. Üzüm. Güclü antioksidant resveratrol maddəsi ilə zəngin olan üzüm beyin damarlarında trombların əmələ gəlməsinin qarşısını alır, xolesterinin səviyyəsini aşağı salır.

3. Yaşıl çay. Araşdırma göstərib ki, müntəzəm olaraq yaşıl çay içən insanlarda çay içməyənlərlə müqayisədə beyin daha yaxşı işləyir. Həmçinin yaşıl çay beyinin qocalmasını ləngidir.

  DİGƏR XƏBƏRLƏR