Türkiyə Rusiyadan 1 mlrd. dollarlıq silah-sursat sifariş edib

“Türkiyə ilə ixrac müdafiə sifarişlərinin portfeli 1 milyard dollar dəyərində qiymətləndirilir”.

APA-nın Moskva müxbirinin Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.

“Bu gün qeyd edə bilərik ki, Türkiyənin Rusiyadan sifariş verdiyi hərbi texnikanın dəyəri 1 milyard dollara yaxındır”, – deyə D. Şuqayev vurğulayıb.

Qeyd edək ki, indiyə kimi Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq sahəsində imzalanan müqavilələrin dəyəri rəsmi açıqlanmayıb.

  DİGƏR XƏBƏRLƏR