Elnarə efirdən Əməkdar artistə XƏBƏRDARLIQ ETDİ: Axırıncı dəfə… FOTO

Milli.Az xəbər verir ki, bu açıqlamanı Əməkdar artist Elnarə Abdullayeva “Zaurla Günaydın” proqramında edib.

Xanım sənətçi Vüsalə Əlizadənin “7 canlı” verilişində həmkarı, Əməkdar artist Mətanət İsgəndərlinin sözügedən məsələ ilə bağlı bildirdiyi fikirə görə ona xəbərdarlıq da edib:

“Bunların o qədər qarnı qurtlu, o qədər əxlaqsız hərəkətləri var ki, mənim dediyimi başa düşmürlər. Mən imanla, vicdanla deyirəm ki, müğənnilik çox çətin sənətdir. Könül də (Kərimova) dedi hələ “Mən də toyda, gəlin də toyda. Bu əmələ gəlmir axı. Bu kişilərə evdə qulluq edən lazımdır”. O insanlar bilə-bilə ki, bunu mən demişəm, bu ayıb deyil?! Vüsalə Əlizadənin verilişində Mətanət İsgəndərli dedi ki, “Özünə hörmət edən bu sözü işlətməz”. Baxın, mən buradan deyirəm: Bütün Azərbaycan bilir ki, bu sözü mən işlətmişəm, güya ki, siz bilmədiniz? Əvvəla mən başqa mənada demirəm. Çətindir, istəmirəm. Başqa da ki, bacı, qardaş o qədər oğul evləndirdiniz, qız köçürdünüz, onda alardınız da bu müğənni qızlardan. Qabağınıza keçmişəm? Pis mənada demirəm ki. Əgər pis mənada başa düşürsünüzsə, siz özünüz pissiniz ki, pis mənada başa düşürsünüz. Siz kimsinizsə o mənada başa düşürsünüz. Sən özün bilirsən ki, bu açıqlamanı mən etmişəm. Başqa-başqa oxuyanlara da şamildir bu. Mən buradan deyirəm, axırıncı dəfə olsun, axırıncı dəfə olsun!”

 

  DİGƏR XƏBƏRLƏR