Ölkənin baş epidemioloqu: “Heç nədən xəbərim yoxdur” – AUDİO

Ölkənin koronavirus pandemiyası ilə mübarizə apardığı zamanda Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistlərin suallarını cavabsız qoyur.

Unikal.org-un əməkdaşı növbəti dəfə baş epidemioloqla əlaqə saxlamağa çalışıb.

İ.Ağayev hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:

“Mən Bakıda deyiləm, rayondayam. Heç nədən xəbərim yoxdur. Kənddəyəm. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.

 

Bizimlə əlaqə saxlayın

  DİGƏR XƏBƏRLƏR