Rusiyanın 3 bölgəsində aviahissələr həyəcan siqnalı ilə qaldırılıb

Rusiyanın Tver, Pskov və Orenburq vilayətlərində dislokasiya olunmuş hərbi-nəqliyyat aviasiya hissələri alay uçuş-taktiki təlimləri çərçivəsində həyəcan siqnalı ilə qaldırılıb.

Bu barədə iyulun 21-də Rusiya Müdafiə Nazirliyi informasiya və kütləvi kommunikasiya Departamenti xəbər verib.

Uçuş heyəti aviasiya texnikasının İvanovo və Ryazan vilayətləri ərazisindəki aerodromlara yerdəyişməsinə başlayıb.

Hava təlimlərinin gedişində hərbi-nəqliyyat aviasiyası ekipajı şəxsi heyətin uzaq məsafəyə tullanmasını və paraşüt-desant tullanması tapşırıqlarını yerinə yetirəcək.

Hərbi-nəqliyyat aviasiya hissələri ilə hərbi-taktiki təlimlər hərbi-naqliyyat aviasiyasının komandanı general-leytenant Vladimir Benediktovun rəhbərliyi altında keçirilir.

  DİGƏR XƏBƏRLƏR