Türkiyənin Antalya şəhərinə turist axını başlayıb

Ötən həftə Türkiyənin turizm bölgəsi sayılan Antalya şəhərinə 27 min turist səfər edib.

“Report” bu barədə “Hurriyet Daily News” nəşrinə istinadən xəbər verir.

Türkiyənin Peşəkar Mehmanxana Menecerləri Assosiasiyasının rəhbəri Yulkay Atmaca bildirib ki, turistlərin təxminən 10,5 mini Ukraynadan, qalan hissəsi isə əsasən Qazaxıstan və Belarusdan gəlib.

  DİGƏR XƏBƏRLƏR