Türkiyənin Xarici İşlər naziri: “Fransa rəsmi Ankaradan üzr istəməlidir”

Ankara rəsmi Parisin Türkiyə gəmilərinin Aralıq dənizində Fransa gəmilərinə qarşı təxribat törətdiyinə dair iddialarına cavab verib.

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu vurğulayıb ki, Türkiyə belə bir hərəkətə yol verməyib və bu səbəbdən Fransa Türkiyədən üzr istəməlidir.

Eyni zamanda, M.Çavuşoğlu Türkiyənin Liviyada atəşkəsə nail olmaq üçün bütün ölkələrlə, o cümlədən, Fransa ilə işləməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuata Aralıq dənizində Fransa gəmiləri ilə Türkiyə gəmiləri arasında qarşıdurma baş verdiyi barədə xəbər sızmışdı.

Bildirilirdi ki, fransızlar beynəlxalq sularda Türkiyə gəmilərini yoxlamağa cəhd edib. Türkiyə hərbçiləri isə gəmini döyüş vəziyyətinə gətiriblər. Bu hadisə NATO üzvü olan iki ölkə arasında gərginliyə səbəb olmuşdu.

  DİGƏR XƏBƏRLƏR