Xavi “Barselona”nın baş məşqçisi olacaq

İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Xavi Ernandes komandanın baş məşqçisi olacaq.

“Report” xəbər verir ki, bu barədə “Mundo Deportivo”nun jurnalisti Fransesk Agilar məlumat verib.

Qətərin “Əl Sadd” komandasına rəhbərlik edən 40 yaşlı mütəxəssis mövsüm başa çatanda hazırkı baş məşqçi Kike Setyeni əvəzləyəcək.

Kataloniya təmsilçisinin prezidenti Xosep Bartemeu Xavi ilə danışıqlardan əvvəl futbolçularla məsləhətləşib.

Qeyd edək ki, Xavi Ernandes 1998 – 2015-ci illərdə “Barselona”nın formasını geyinib. İspaniya millisinin sabiq üzvü klubla müxtəlif titulların sahibi olub.

  DİGƏR XƏBƏRLƏR